HÜSEYN CƏLAİRİ (?–1382) – Cәlairi sultanı [1374–82]. Onun dövründә hakimiyyәt uğrunda gedәn ara çәkişmәlәri nәticәsindә Cәlairilәr dövlәti xeyli zәiflәmişdi. Oturaq әhalinin vә yerli feodalların narazılığından istifadә edәrәk, Muğanda vә Arranda hәrbi qüvvә toplayan qardaşı Sultan Əhmәd tәrәfindәn öldürülmüşdür.










