HÜSEYN XAN, M ә h ә m m ә d H ü s e y n x a n (?–1780) – Şәki xanı [1759–80], şair. Hacı Çәlәbi xanın nәvәsidir. Qazıqumuqlu Mәhәmmәd xanın (H.x.-ın әmisi Ağakişi bәyi öldürәrәk Şәki xanlığına sahib olmuşdu) mәğlubiyyәtindәn sonra hakimiyyәtә gәlmişdi. Bir müddәt Qarabağ xanlığı vә Kartli-Kaxeti çarlığı ilә ittifaqda olmuşdur. 1767 ildә Qubalı Fәtәli xanla ittifaqda Şamaxıya hücum etmişdi. Lakin sonralar Fәtәli xan H.x.-a çatmış Şirvan torpaqlarını da әlә keçirmişdi. H.x., hakimiyyәt uğrunda mübarizә aparan әmisi Hacı Əbdülqәdir tәrәfindәn öldürülmüşdür. “Müştaq” tәxәllüsü ilә şeirlәr yazmış, Vaqiflә mәnzum mәktublaşmışdır. Vidadi “Müsibәtnamә” müxәmmәsini H.x.-ın faciәli ölümü münasibәti ilә yazmışdır. Şeirlәrindәn bәzi nümunәlәri ilk dәfә S.Mümtaz toplu halında çap etdirmişdir (1925). Şәki xanlarının sarayı H.x.-ın dövründә tikilmişdir.










