HÜSEYN İBN ƏLİ ( الحسين بن علي), Ə b u A b d u l l a h ә ş - Ş ә h i d (10.1. 626, Mәdinә – 10.10.680, Kәrbәla) –şiәlәrin 3-cü imamı (669 ildәn). Əli ibn Əbu Talibin vә Fatimәnin oğlu, Hәsәn әl Müctәbanın qardaşı. Əlinin xәlifәliyi dövrün dә bütün vuruşmalarda iştirak etmişdir. Qardaşının Müaviyә ilә bağladığı sülh sazişinin şәrtlәrinә görә Müaviyәnin hakimiyyәti dövründә siyasi fәaliyyәt göstәrә bilmәmişdir.
Müaviyәnin 676 ildә oğlu Yezidi özündәn sonra xәlifә tәyin etmәsi geniş xalq kütlәsinin ciddi etirazına sәbәb oldu vә H. ibn Ə. ilә qarşıdurmanı kәskinlәşdirdi. Atasının ölümündәn (680) sonra özünü xәlifә edәn Yәzidin beyәt tәlәbini rәdd edәn H. ibn Ə. Mәdinәdәn Mәkkәyә getdi (4 may). Əhli-beyti hakimiyyәtә gәtirmәkdә maraqlı olan Kufә әhalisi H. ibn Ə.-ni Kufәyә dәvәt etdi. H. ibn Ə. Kufәdәki ictimai-siyasi vәziyyәti vә әhalinin mәnәvi-psixoloji durumunu öyrәnmәk mәqsәdilә әmisi oğlu Müslim ibn Əqili oraya göndәrdi. H. ibn Ə. üçün 10 mindәn çox (bәzi mәnbәlәrә görә 30 min) beyәt toplayan Müslim onu Kufәyә çağırdı. Müaviyәnin yeni tәyin etdiyi Kufә valisi Übeydullah ibn Ziyadın tәşviq vә tәhdidilә etirazçı kütlә dağıldı. Sentyabrın 9-da (yaxud 10) Müslim xәyanәt nәticәsindә tutularaq öldürüldü. Müslimin dәvәtilә hәmin gün Kufәyә yola düşәn H. ibn Ə. yolda ikәn kufәlilәrin xәyanәtindәn xәbәr tutdu, lakin bütün tәkid vә tәkliflәrә baxmayaraq, geri qayıtmadı. Übeydullah Hicaz–İraq yolu üzәrindәki bütün mövqelәrә qüvvәlәr yerlәşdirdi. H. ibn Ə. qalib gәlә bilmәyәcәyini yәqin etsә dә, döyüşdә israrlı idi. O, yürüşü davam etdirib-etdirmәmәkdә hәr kәsi öz ixtiyarına buraxdıqdan sonra qoşunun böyük hissәsi dağıldı. Sonradan H. ibn Ə.-nin tәrәfinә keçmiş vә islam dünyasında böyük şöhrәt qazanmış Hürr ibn Yәzid Übeydullahın göstәrişinә әsasәn yolu kәsdiyindәn H. ibn Ə. әtrafında qalan kiçik dәstә ilә (40 piyada, 32 süvari) Neynәvada (Kәrbәla) düşәrgә salmalı oldu (2 oktyabr). Növbәti gün Übeydullahın göstәrişilә Ömәr ibn Sәәd 4 min nәfәrlik qoşunla hәmin әraziyә gәldi vә H. ibn Ə.-nin qoşununu mühasirәyә aldı. H. ibn Ə.-nin döyüşçüsü Hәbib ibn Mәzahirin dәvәtilә yaxınlıqdakı Bәni Əsәd qәbilәsindәn yardıma gәlәn dәstә Ömәrin qüvvәlәrilә toqquşmada mәğlub olaraq geri çәkildi. Ömәr oktyabrın 7-dә Übeydullahın göstәrişilә H. ibn Ə.-nin dәstәsini susuz saxlamaq mәqsәdilә Fәrat çayının kәnarına xüsusi dәstә yerlәşdirdi. H. ibn Ə.-nin Ömәrlә danışıqları Şimr ibn Zilcövşәnin müdaxilәsilә nәticәsiz qaldı. Oktyabrın 10-da baş vermiş qeyri-bәrabәr döyüşdә bütün döyüşçülәrini itirmiş H. ibn Ə. mühasirәyә düşәrәk öldürüldü (bax hәmçinin Kәrbәla vaqiәsi).
H. ibn Ə.-nin faciәvi ölümü müsәlman dünyasında geniş dini vә siyasi mәzmun kәsb etmiş, sosial әdalәtsizliyә etiraz vә ilahi nizam uğrunda mübarizәnin simvoluna çevrilmiş, fәrdi vә ya kütlәvi şәkildә әksәr mübarizәlәrin ideoloji bazasını tәşkil etmişdir. H. ibn Ə. müsәlman dünyasında şәhidlik mәktәbinin banisi vә “şәhidlәrin rәhbәri” (“seyyidüş-şühәda”) kimi tanınmışdır. H. ibn Ə. ilә Yәzid ibn Müaviyәnin qarşıdurması әksәr mәnbәlәrdә geniş mәna da xeyir vә şәrin mübarizәsi kimi sәciyyәlәndirilir. Aşura vә әrbәin H. ibn Ə.-nin anım günlәridir. Müsәlman ölkәlәrindә (o cümlәdәn Azәrb.-da) onun mübarizәsi vә qәhrәmanlıqlarına hәsr olunmuş zәngin elmi-fәlsәfi, dini vә әdәbi irs yaranmış, mәrsiyә (Azәrb.-da Füzuli, Seyid Əzim Şirvani, Qumri Dәrbәndi, Raci, Sәrraf, Dәxil, Dilsuz vә b. şairlәr) vә mәqtәl (mәs., Füzulinin “Hәdiqәtüs-süәda”sı) janrı inkişaf etmişdir.
H. ibn Ə.-nin mәzarı üzәrindә ilk türbәni 684 ildә Muxtar Sәqәfi inşa etdir mişdir. Dәfәlәrlә dağıdılmış vә bәrpa edilmiş, sonuncu dәfә 2007 ildә tәmir olunmuşdur. Digәr şәhidlәrin dә mәzarlarının olduğu mәscid-ziyarәtgah kompleksi müsәlman dünyasının müqәddәs mәkanlarından biridir.










