HÜSEYNALILAR – Azәrb. Resp. Cәbrayıl r-nunun Hacılı ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 10 km c.-da, Gәyan düzündәdir. Əh. 241 (2019); işğaldan (1993, avqust) әvvәl taxılçılıq, üzümçülük, heyvandarlıq vә baramaçılıqla mәşğul olurdu. Orta mәktәb, kitabxana, klub, tibb mәntәqәsi var idi. Ermәni işğalı zamanı tamamilә dağıdılmış kәnd 9 noyabr 2020 il tarixindә Azәrbaycan ordusu tәrәfindәn azad edilmişdir.










