HÜSEYNBƏYOV Zeynal-Abdin Adilbәy oğlu [1900, Bakı qub.-nın Cavad qәzasının (indiki Salyan r-nunun) Ərәb-Qardaşbәyli k. – 19.10.1959, Yerevan] – Azәrb. pediatrı. Tibb e.d. (1937), prof. (1938). Paris Untinin tibb fakültәsini bitirmişdir (1926).
1927 ildәn Azәrb. Dövlәt Un-tinin, 1930 ildәn Azәrb. Dövlәt Tibb İn-tunun uşaq xәstәliklәri kafedrasında (1938–40 illәrdә kafedra müdiri) işlәmişdir. 1940–48 illәrdә hәbs olunlmuş vә sonra bәraәt qazanmışdır. 1948–56 illәrdә müxtәlif xәstәxanalarda işlәmiş, 1956 ildә Azәrb. Dövlәt Tibb İn-tunun uşaq xәstәliklәri kafedrasında müdiri olmuşdur. Tәdqiqatları, әsasәn, Azәrb.-da visseral leyşmaniozun öyrәnilmәsinә hәsr edilmişdir.










