Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HÜSEYNƏLİ XAN Sultan Əhmәd oğlu 
    HÜSEYNƏLİ XAN Sultan Əhmәd oğlu (1709, ? – 1758, Xudat) – Quba xanı [1726–58]. Hüseyn bәyin nәvәsi, Sultan Əhmәd xanın [1694–1711] Hüseyn xan Rudbarın qızından olan kiçik oğludur. Quba әyalәtinin irsi hakimlәri nәslindәn idi. 1711 ildә kәndli Hacı Davudun başçılığı ilә Xudata hücum edәn üsyançılar Sultan Əhmәd xanı öldürmüş, onun ailәsini vә tәrәfdarlarını qırmışdılar. Yalnız yaşyarımında olan kiçik oğlu H.-ni yaxınları xilas edib Samur çayı vadisindә dağlıq Tahircar k.-nә gәtirmiş, böyüdüb tәrbiyә etmişdilәr. Sonra onu Dağıstanın c.-unda yerlәşәn Axtı k.-nә gәtirib saxlamışdılar.
    1722 ildә Rusiya çarı I Pyotr tәrәfindәn Qubaya hakim tәyin olunan Hüseynәli bәy İstanbul müqavilәsindәn (1724) sonra Qubanı müstәqil idarә etmәyә başladı. Peterburqda Ali Mәxfi Şura tәrәfindәn ona xan titulu verildikdәn (1726) sonra o, rәsmәn Quba xanı kimi tәsdiq edildi. Gәncә müqavilәsinә (1735) әsasәn Xәzәryanı vil.-lәr İrana qaytarıldıqda H.x. Nadir şaha tabe oldu. 1734 ildә Nadir şah Salyanın idarәçiliyini ona verdi. Onun hakimiyyәti dövründә xanlığın paytaxtı Xudat qalasından Quba ş.-nә köçürüldü. Quba ş. xeyli abadlaşdırıldı. Ətrafı daş hasarla hörülmüş (1740) Qubada zәrbxana (abbasi, şahi, rahi adlı pul kәsilirdi) vә silah emalatxanası vardı. İndiki Şabran, Xızı, Qusar vә Xaçmaz Quba xanlığının tәrkibinә daxil idi. 1755 ildә H.x. Şamaxı uğrunda mübarizәnin gedişindә qubalılardan ibarәt 3 min seçmә qoşunla vә Qaytaq usmisi әmir Hәmzәnin 500 atlısı ilә birlikdә Ağsunu mühasirәyә aldı vә Ağsu yaxınlığındakı döyüşdә Şәki xanı Hacı Cәlәbini mәğlubiyyәtә uğratdı, Salyanı Quba xanlığına birlәşdirdi (1757). O, Hәsәnabad, Rudbar, Sәfixan vә Salyan ki mimühüm iqtisadi mәntәqәlәrә yiyәlәndi. H.x. tәrәfindәn tәyin edilәn yeni Salyan hakimi oranı sultan titulu ilә idarә etmәyә başladı. Dәrbәnd vә Şamaxı әtrafından bir sıra ailәlәrin Quba xanlığına köçürülmәsi (1757) xanlığın hәrbi gücünü artırdı. Şabran vil.-ndә Şirvandan, Muğandan, Dәrbәnddәn köçürülәn çoxlu әhali yerlәşdirildi. Ölümündәn sonra yerinә oğlu Fәtәli xan keçdi.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 