HÜSEYNXANLI – Azәrb. Resp. Zәrdab r-nunda kәnd. Hüseynxanlı ә.d.-nin (Hüseyn xanlı, Xanmәmmәdli k.-lәri daxilidir) mәrkәzi. R-n mәrkәzindәn 6 km q.-dә, Qara su çayının (Türyan çayının qolu) sahilindә, Şirvan düzündәdir. Əh. 508 (2019); әkinçilik, heyvandarlıq vә baramaçılıqla mәşğuldur. Ümumi orta mәktәb, uşaq bağçası, poçt, EATS var.










