HÜSEYNQULİYEV Şahin Yusif oğlu (d.30.4.1991, Nax. MR, Şәrur r-nu) – Vәtәn Müharibәsi Qәhrәmanı (9.12.2020). Dövlәt Sәrhәd Xidmәtinin (DSX) Sәrhәd Qoşunlarının polkovnik-leytenantı. DSX-nin Akademiyasını bitirmişdir (2013). 2013 ildәn DSX-dә xidmәt edir. Vәtәn müharibәsi (2020) zamanı Daşkәsәn r-nunun Hinaldağ vә Ağdağ yüksәkliklәri, Füzuli, Cәbrayıl vә Xocavәnd rayonları istiqamәtindә gedәn döyüşlәrdә iştirak etmişdir. 2020 il oktyabrın 20-dә öz qrupu ilә birlikdә düşmәnin arxasına sızaraq Xocavәnd r-nunun Zoğalbulaq, Böyük Tağlar, oktyabrın 21-dә Azıx, Tuğ, Ağdam, Düdükçü, oktyabrın 26–29-da Tağaverd, Zәrdanaşen, Çanaqçı kәndlәrinin düşmәndәn azad edilmәsi әmәliyyatlarında şücaәt göstәrmişdir. Oktyabrın 30-da Şuşa әmәliyyatlarına qatılmış, noyabrın 5-dә Laçın yolu vә Şuşa ş. әtrafındakı yüksәkliklәrin, noyabrın 7-dә Şuşa ş.-ndәn 500 m mәsafәdә olan әsas strateji yüksәkliyin, noyabrın 8-dә Muxtarkәnd k.-nә paralel Xankәndi istiqamәtindәki 5 strateji yüksәkliyin düşmәndәn azad olunması әmәliyyatlarında iştirak etmişdir.











