Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HÜSEYNQULU XAN Əliqulu xan oğlu 
    HÜSEYNQULU XAN Əliqulu xan oğlu (1774, Bakı – 1845, İran, Ərdәbil) – I Mirzә Mәhәmmәd xanın nәvәsi, sonuncu Bakı xanı [1792–1806]. Mәhәmmәdqulu xanın ölümündәn sonra qubalı Şeyxәli xanın tәkidi ilә taxta II Mirzә Mәhәmmәd xan [1792] çıxmışdı. Lakin bundan narazı olan Bakı bәylәri onu xanlıqdan qovaraq hakimiyyәtә H.x.-ı gәtirdilәr. Yeni xan әvvәlki xan tәrәfindәn Mirzә Mәhәmmәd xana bağışlanmış neft vә duz mәdәnlәrindәn alınan gәlirlәrin yarısını özünә götürdü. Mirzә Mәhәmmәd xan ailәsi ilә Qubaya gedәrәk Şeyxәli xana sığındı.
    Ağa Mәhәmmәd şah Qacar Bakı xanlığının ona tabe olmasını tәlәb etdiyi mürәkkәb şәraitdә H.x. 1792 ilin dekabrında xanlığın Rusiya himayәsinә keçmәsi üçün xahiş mәktubu ilә sәlahiyyәtli nümayәndәsi Manaf bәyi imperatriçә II Yekaterinanın yanına göndәrdi. II Yekaterinanın fәrmanına (1793) әsasәn Bakı xanlığı Rusiya imperiyasının himayәsinә qәbul edildi. H.x.-ın andiçmәyә hazırlaşması Bakını öz mülkü hesab edәn qubalı Şeyxәli xanın narazılığına sәbәb oldu; o, Manaf bәyi Dәrbәnd dә saxladı. 1794 ilin ortalarında Şeyxәli xan Bakıya Mirzә Mәhәmmәd xanın komandanlığı ilә qoşun yeritdi vә o, Balaxanı k.-ni tutdu. Mirzә Mәhәmmәd xan neft quyularını vә duz göllәrini zәbt edәrәk H.x.-ı gәlir mәnbәyindәn mәhrum etdi. 1795 ilin әvvәlindә H.x. Rusiyanın himayәsindә olan Şeyxәli xandan gen.-feld - marşal İ.V.Qudoviçә şikayәt etdi vә kömәk istәdi. Qudoviç Şeyxәli xana Bakıya toxunmamağı vә H.x.-la barışmağı tövsiyә etdi. Bundan sonra H.x. qoşunla Mirzә Mәhәmmәd xanı mәğlub edәrәk onu ailәsilә birlikdә Bakıya gәtirdi. 1795 ilin payızında tәrәflәr arasında bağlanmış sülh müqavilәsinin şәrtlәrinә görә, Bakıdan alınan gәlirlәr Bakı xanı, Şeyxәli xan vә Mirzә Mәhәmmәd xan arasında bölüşdürülmәli idi. H.x.-ın öz bayrağı vardı; abbasi, şahi sikkәlәrini zәrb etdirirdi.
    Ağa Mәhәmmәd şahın Cәnubi Qafqaza hücumuna cavab olaraq gen. V.A.Zubovun komandanlığı altında rus qoşunları Dәrbәndi tutduqdan sonra Bakıya yaxınlaşdı, Zubov öz nümayәndәsini H.x.-ın yanına göndәrdi. 1796 il iyunun 13-dә H.x. şәhәr ağsaqqalları ilә birlikdә Bakının açarlarını gen. V.Zubova tәqdim etdi. Şәhәrә rus qarnizonu yerlәşdirildi vә komendant tәyin olundu. Lakin vәfat etmiş II Yekaterinanın yerinә gәlәn imperator I Pavelin әmri ilә rus qoşunları 1797 ilin martında Bakını tәrk etdi. Şuşanı tutan (1797, may) Ağa Mәhәmmәd şah H.x.-ı 2 dәfә yanına çağırsa da, H.x. onun әmrinә tabe olmadı. Şahın öldürülmәsindәn sonra İran qoşunları Azәrb.-ı tәrk etdi. Mirzә Mәhәmmәd xanla H.x. arasında hakimiyyәt uğrunda mübarizә yenidәn qızışdı vә әldә edilmiş razılıqdan sonra Bakı xanlığı 2 yerә bölündü. H.x. Bakıda qaldı, Mirzә Mәhәmmәd xan isә Maştağanı iqamәtgah seçib, orada yeni qala tikdirdi. Georgiyevsk traktatına (1802) әsasәn Bakı xanlığı Rusiya imperiyasının himayәsinә keçdi. 1803 ildә Şirvan xanı Mustafa xanın kömәyilә Maştağanı alan H.x. Rusiyanın himayәsindәn imtina etdi. 1805 ildә gen.-m. İ.İ.Zavalişinin komandanlığı ilә Bakı buxtasına daxil olan rus eskadrası sahilә desant çıxardı vә şәhәri mühasirәyә aldı. Qubalı Şeyxәli xan H.x.-ın kömәyinә gәldi. Bir neçә mәğlubiyyәtdәn sonra ruslar Lәnkәran yaxınlığında Sarı a.-na çәkildilәr. 1805 ildә gen. P.Sisianov Bakı xanlığına uğursuz hücum etdi. 1806 il fevral ayının әvvәllәrindә ikinci hücum zamanı Sisianovun ordusu gen.-m. Zavalişinin desant qoşunu ilә birlәşәrәk Bakını mühasirәyә aldı. Bakı xanı H.x. danışıqlar aparmaq üçün onu görüşә çağırdı. 1806 il fevralın 8-dә gen. Sisianov Bakının Qala qapısının yanına gәldi. Burada H.x. ilә danışıqlar zamanı gen. Sisianov xanın xalası oğlu İbrahim bәy tәrәfindәn öldürüldü. P.Sisianovun başı Tәbrizdә oturan Azәrb. hakimi vәliәhd Abbas Mirzәyә göndәrildi. 1806 il oktyabrın 3-dә Bakı xanlığı gen. S.Bulqakov vә onunla birlәşmiş Mirzә Mәhәmmәd xan tәrәfindәn işğal vә lәğv edildi. H.x. ailәsilә Ərdәbilә qaçdı. H.x. ikinci Rusiya-İran müharibәsi (1826–28) zamanı öz dәstәsi ilә ruslara qarşı vuruşmuş, hәtta İran dәstәsilә birlikdә rus qarnizonunu Bakıdan çıxarmaq istәmişdir. İçәrişәhәr yaxınlığında döyüş olmuş (1826), lakin ruslara Hәştәrxandan әlavә kömәk gәldiyindәn geri çәkilmişdir. H.x. Ərdәbildә vәfat etmiş vә vәsiyyәtinә görә, Kәrbәla ş.-nә aparılıb orada dәfn olunmuşdur.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 