HÜSEYNQULULAR – İrәvan qub.-nın Şәrur-Dәrәlәyәz qәzasında (15.10.1931 ildәn Keşişkәnd, 3.1.1935 ildәn Mikoyan, 6.12.1957 ildәn Yeğeqnadzor r-nu) Canı çayının sol sahilindә azәrb.-ların yaşadığı kәnd. 1918 ildә ermәni hücumlarına mәruz qalaraq әhalisi qovulmuşdur. Bölgәdә sovet hakimiyyәti qurulduqdan sonra qaçqın әhalinin bir hissәsi geri qayıda bilmişdir. 1939 ildә H.-ın әhalisi r-nun Qabaqlı k.-nә köçürülmüş vә kәnd lәğv edilmişdir.










