HÜSEYNLİ Əli Mәhәmmәd oğlu (d.8.10.1968, Bakı) – Azәrb.-ın dövlәt xadimi. Bakı Dövlәt Un-tinin hüquq fakültәsini bitirmişdir (1993). Hüquq üzrә fәlsәfә doktorudur. Azәrb. Resp. Ali Mәhkәmәsindә (1991–95), Azәrb. Resp. Prezidenti yanında İcra Aparatında (1995–96), Azәrb. Resp. Milli Mәclisindә (1996–2000) müxtәlif vәzifәlәrdә çalışmışdır. Azәrb. Resp. Milli Mәclisinin (2–6-cı çağırış) deputatı, Milli Mәclisin Hüquq siyasәti vә dövlәt quruculuğu komitәsinin (2003 ildәn) sәdri, Milli Mәclis sәdrinin birinci müavinidir (2020 ildәn). Azәrb.–Macarıstan parlamentlәrarası әlaqәlәr üzrә işçi qrupunun rәhbәri, Azәrb. Resp. Milli Mәclisinin vә Rusiya Federasiyası Federal mәclisinin ikitәrәfli әmәkdaşlıq üzrә parlamentlәrarası komissiyasının hәmsәdridir. Parlament Üzvlәrinin Korrupsiyaya qarşı Qlobal Tәşkilatının milli koordinatorudur.










