HÜSEYNOV Akif Mәhәmmәd oğlu (d.26. 5.1941, Tbilisi) – Azәrb. әdәbiyyat şünası, tәnqidçi. Filologiya e.d. (1989). Azәrb. Dövlәt Un-tini (indiki BDU) bitirmişdir (1964). “Azәrbaycan” jurnalı redaksiyasında söbә müdiri (1967–71), “Ulduz” jurnalının baş redaktoru olmuşdur (1971–73). 1973 ildәn Azәrb. EA-nın Nizami ad. Ədәbiyyat İn-tunda işlәyir (1992 ildәn әdәbiyyat nәzәriyyәsi şöbәsinin müdiri). Tәdqiqatları, әsasәn, Azәrb. әdәbiyyatının әdәbi-nәzәri problemlәrinә, әdәbi tәnqid tarixinә hәsr olunmuşdur.
Ə s ә r l ә r i: Sәnәt meyarı. B., 1966; Nәsr vә zaman. B., 1980; Müxtәlifliyin birliyi. B., 1983; Hәyat vә sәnәt hәqiqәti. B., 2001.










