HÜSEYNOV Arif Şahbaz oğlu (d.30. 10.1943, Bakı) – Azәrb. rәssamı, qrafik. Azәrb. Resp. xalq rәssamı (2006). Ə.Əzimzadә ad. Azәrb. Dövlәt Rәssamlıq Mәktәbini (1962) vә Azәrb. Dövlәt İncәsәnәt İn-tunu (1972) bitirmişdir. Əsasәn, dәzgah vә kitab qrafikası sahәsindә fәaliyyәt göstәrir. “Vәtәni düşünәrkәn”, “Poeziya”, “Mәhәmmәd Füzuli. Lirika”, “Çexoslovakiya dostluq ölkәsidir”, “Narlar” vә s. qrafik silsilәlәri, “Rәssam Ə.Rzaquliyev”, “Füzuli”, “Dәdә Qorqud”, “Ə.Kür çaylı”, “Çex rәssamı Yozef”, Azәrb. generalları Ə.Şıxlinski, S.Mehmandarov, C.Naxçı vanski vә b.-nın portretlәri, “Şәnbә günü Praqa”, “Kәpәnәklәr” vә s. mәnzәrәlәri, “Yozef Abşeronda”, “Folklor bayramı”, “Yaradıcılıq” vә s. tematik lövhәlәri (1975–2013) zәngin koloriti, bәdii ifadә vasitәlәri ilә diqqәti cәlb edir.
Yaradıcılığında Bakı mövzusu xüsusi yer tutur (“Bakı vә bakılılar”, “Bakı motivlәri”, Bakı. Bibiheybәt. “Köhnә neft mәdәnlәri”, 1988). Novruz bayramının motivlәri (“Kәndirbazlar”, “Yumurta döyüşü”, 2008) vә Azәrb. nağılları (“Nar qız”, “Mәlikmәmmәd”, “Tәpәgöz”, “Göyçәk Fatma”, 2012–13 vә s.) әsasında işlәdiyi әsәrlәrin, “Qarabağnamә – tarixin sәhifәlәri”silsilәsinin (2021) müәllifidir. Rәsmlәrindә süjetin orijinal formada tәqdimatı xüsusi maraq doğurur (M.Ə.Sabir, “Hophopnamә”, 2012).
Dәfәlәrlә Bakı vә Moskvada, elәcә dә Praqa, Berlin, Ankara vә s. şәhәrlәrdә fәrdi sәrgilәri keçirilmişdir. 1989 ildәn Azәrb. Rәssamlar İttifaqının kitab qrafikası vә miniatür bölmәsinin rәhbәridir. Əsәrlәri bir çox ölkә muzeylәrindә vә şәxsi kolleksiyalar da saxlanılır. 2001 ildәn Azәrb. Dövlәt Rәssamlıq Akademiyasında pedaqoji fәaliyyәt göstәrir.

Əd.: Ə l i y e v Z. Arif Hüseynov (qrafika). B., 2014.










