HÜSEYNOV Bahadır Mәmmәdqulu oğlu (15.12.1921, Naxçıvan – 31.12.2016, Bakı) – Azәrb.-ın hәrbi xadimi, gen.-m. (1978) Azәrb. SSR әmәkdar hüquqşünası (1982). Azәrb. Dövlәt Untinin hüquq fakültәsini bitirmişdir (1967). Böyük Vәtәn müharibәsindә (1941–45) iştirak etmiş, 1948–63 illәrdә sәrhәd qoşunlarında mәsul vәzifәlәrdә işlәmişdir. 1963 ildәn Azәrb. SSR Nazirlәr Soveti yanında Dövlәt Tәhlükәsizliyi Komitәsi (DTK) orqanlarında çalışmış, 1969–76 illәrdә Nax. MSSR Nazirlәr Soveti yanında DTK-nın sәdri, 1976–86 illәrdә Azәrb. SSR DTK sәdrinin müavini olmuşdur. Respublika Veteranlar Şurasının sәdri (1992–2001) idi. Nax. MSSR Ali Sovetinin (8–9-cu çağırış) deputatı olmuşdur. Qırmızı Əmәk Bayrağı ordeni ilә tәltif edilmişdir.











