HÜSEYNOV Balakişi Mәmmәdәli oğlu (d.28.6.1961, indiki Gәncә ş.) – Azәrb. tibb alimi, anatom. Tibb e.d. (2012). Azәrb. Dövlәt Tibb İn-tunu bitirmişdir (1985). 1986–91 illәrdә resp. Dәmiryol Nazirliyinin Tibbi-sanitariya xidmәtindә, Ə.Əliyev ad. Azәrb. Dövlәt Hәkimlәri Tәkmillәşdirmә İn-tunun Müalicә-diaqnostik Cәrrahiyyә Mәrkәzindә cәrrah işlәmiş, 1991 ildәn. Azәrb. Tibb Un-tinin insan anatomiyası kafedrasinda (2017 ildәn prof.) çalışır. Tәdqiqatları, әsasәn, bud damarları vә sinirlәrinin şaxәlәnmәsinin, traxeya vә baş bronxların vәzilәrinin vә limfa strukturlarının mikroanatomiyasının öyrәnilmәsinә hәsr edilmişdir. 70-dәn artıq elmi әsәrin müәllifidir.










