HÜSEYNOV Böyükağa Murtuza oğlu (7.3.1926, Bakı – 31.5.1983, Bakı) – Azәrb. şәrqşünası, filologiya e.d. (1974), prof. (1980), Azәrb. SSR EA-nın m. üzvü (1980). Azәrb. SSR EA Yaxın vә Orta Şәrq Xalqları İn-tunun direktor müavini (1962–81), İran filologiyası şöbәsinin müdiri (1966–83) vәzifәlәrindә işlәmişdir. Tәdqiqatları müasir İran әdәbiyyatının aktual nәzәri problemlәrinә (әnәnә vә novatorluq, realizm vә s.) hәsr olunmuşdur. Şәrqşünasların 25-ci (Moskva, 1960) vә 29-cu (Paris, 1973) beynәlxalq konqreslәrindә, 1-ci (Moskva, 1966), 3-cü (Berlin, 1976) vә 4-cü (Praqa, 1980) simpoziumlarında mәruzә ilә çıxış etmişdir. Bәzi әsәrlәri xarici ölkәlәrdә fars, ingilis, fransız vә alman dillәrindә dәrc olunmuşdur.

Ə s ә r l ә r i: Поэты Ирана о Советском Союзе. М., 1965; XX әsr fars şeirindә әnәnә vә novatorluq. B., 1975.










