HÜSEYNOV Cәbrayıl Əlәkbәr oğlu (13.1.1914, Bakı – 30.6.1969, orada) – Azәrb. kimyaçı texnoloqu, prof. (1961), texnika e.d. (1962). Azәrb. Sәnaye İn-tunu (indiki ADNSU) bitirmişdir (1935). 1950-57 illәrdә “Azәrneftyağ” zavodunda vә Azәrb. Neft-Layihә İn-tunda baş mühәndis, Azәrb. Resp. Kimya İdarәsinin rәisi (1957-58), Sintetik Kauçuk Zavodunun direktoru (1958-60), Azәrb. Dövlәt Un-tindә dekan (1960-68), M.Əzizbәyov ad. Neft vә Kimya İn-tunda kafedra müdiri (1968-69) vәzifәlәrindә işlәmişdir. Tәdqiqatları әsasәn, Azәrb. neftlәrindәn alınan sürtkü yağlarının istehsal texnologiyasının tәkmillәşdirilmәsi vә keyfiyyәtinin yaxşılaşdırılmasına hәsr edilmişdir. 187-dәn çox elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var. Qırmızı Əmәk Bayrağı ordeni ilә tәltif edilmişdir.










