HÜSEYNOV Cәlil Yusif oğlu (20.12.1896, indiki Şәki ş. – 21.3.1979, Ba kı) –Azәrb. patanatomu. Tibb e.d. (1936), prof. (1936). Azәrb.-da patoloji anatomiyanın banilәrindәn biri. Azәrb. SSR EAnın akad. (1967,m. üzvü 1959). Azәrb. SSR әmәkdar hәkimi (1940) vә әmәkdar elm xadimi (1957). Azәrb. SSR Dövlәt mükafatı laureatı (1978). Azәrb. Dövlәt Un-tinin tibb fakültәsini bitirmişdir (1924). 1924–35 illәrdә Muğan malyariya ekspediyasına rәhbәrlik etmiş, ilk dәfә olaraq Azәrb. dilin dә histologiya, mikrobiologiya, patoloji anatomiya, ümumi patologiya vә s. fәnlәrdәn dәrs demişdir. 1926 ildәn Azәrb. Dövlәt Un-tinin (1930 ildәn Azәrb. Tibb İn-tunun) patoloji anatomiya kafedrasında (1947–79 illәrdә kafedra müdiri) işlәmiş, eyni zamanda (1953–58) Ortopediya vә Bәrpa Cәrrahiyyәsi İn-tunda histopatoloji laboratoriyanın müdiri olmuşdur. Tәdqiqatları, әsasәn, patoloji anatomiyanın aktual mәsәlәlәrinә, malyariya, ateroskleroz zamanı orqanizmdә gedәn morfoloji dәyişikliklәrin vә s. öyrәnilmәsinә hәsr edilmişdir. 168 elmi әsәrin müәllifidir. Azәrb. Patoloqlar Cәmiyyәtinin sәdri (1946 ildәn), Ümum ittifaq Patoloji Anatomiya Elmi Cәmiyyәtinin fәxri üzvü (1971 ildәn), ASE elmi redaksiya şurasının üzvü (1976 ildәn), Azәrb. SSREA biologiya bölmәsinin akademik katibinin müavini (1972 ildәn) olmuşdur. Elmi kadrların hazırlanmasında xidmәti var. 2 dәfә Lenin ordeni (1954, 1976), 2 Qırmızı Əmәk Bayrağı, “Şәrәf nişanı” ordenlәri ilә tәltif edilmişdir.
Ə s ә r l ә r i: К пaтоморфологии перифечической нервной системы рецепторов и синапсов. В., 1957; К структурным изменениям реценторов и синапсов в условиях патологии. В., 1964; К макрои электронномикроскопической патоморфологии ганглиев и некоторых органов. В., 1975.











