HÜSEYNOV Dursun Yaqub oğlu (12.1.1915, indiki Qәbәlә r-nunun Vәndam k. – 11.4.2009, Bakı) – Azәrb. tibb alimi, farmakoloq. Tibb e.d. (1966), prof. (1969). Azәrb. SSR әmәkdar elm xadimi (1990). Azәrb. Dövlәt Tibb İn-tunu bitirmişdir (1937). Böyük Vәtәn müharibәsi (1941–45) iştirakçısı olmuşdur. 1946 ildәn Azәrb. Dövlәt Tibb İn-tunun farmakologiya kafedrasında (1968–91 illәrdә kafedra müdiri, 1991–2009 illәrdә prof.) işlәmişdir. Tәdqiqatları, әsasәn, müxtәlif dәrman bitkilәrinin orqanizmin bәzi sistemlәrinә tәsirinin öyrәnilmәsinә hәsr edilmişdir. 155 elmi әsәrin (o cümlәdәn 13 kitab, monoqrafiya, dәrs vәsaiti) müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var. Resp. Farmakoloqlar Elmi Cәmiyyәtinin sәdri olmuşdur (1969–91). Ümumittifaq farmakoloqlar Elmi Cәmiyyәtinin N.P.Kravkov xatirә medalı (1988) ilә tәltif edilmişdir.
Ə s ә r i: Фармакология боярышника. B., 1985.










