HÜSEYNOV Elman Süleyman oğlu [28.2.1952, Tәrtәr r-nunun Azad Qara qoyunlu k. (İlxıçılar k.) – 14.1.1993, Xocavәnd r-nunun Vәng k. (indiki Çinarlı k.)] –Azәrb.-ın Milli Qәhrәmanı (ölümündәn sonra, 15.1.1995). Azәrb.Politexnik İn-tutunu (1973) bitirmiş, Gürc.-da hәrbi xidmәtdә (1973–75) olmuşdur. Ordudan tәrxis edildikdәn sonra Tәrtәr r-nunda müxtәlif vәzifәlәrdә çalışmış, Bakı Ali Partiya mәktәbindә (1980–82) tәhsil almışdır. Tәrtәr rayon Xalq Nәzarәti Komitәsinin sәdri (1982–85), Xalq Deputatları İcraiyyә Komitәsi sәdrinin birinci müavini (1985–88), Tәrtәrçay hidroqovşağı İstismar İdarәsinin rәisi, Tәrtәr rayon partiya komitәsindә tәlimatçı (1988–90) vәzifәlәrindә çalışmışdır.
1991 ilin sentyabrında yaratdığı Tәrtәr könüllü özünümüdafiә taborunun qәrargah rәisi, noyabr ayında Tәrtәr özünümüdafiә batalyonunun komandiri olmuşdur. Ağdәrә r-nunun vә әtraf yaşayış mәntәqәlәrinin ermәni işğalçılarından azad olunmasında fәal iştirak etmişdir. Döyüşlәrdә düşmәnin xeyli canlı qüvvәsi vә texnikası mәhv edilmişdir. İki dәfә yaralanmış, Vәng yüksәkliyi uğrunda gedәn döyüşdә qәhrәmancasına hәlak olmuşdur. Tәrtәr r-nunun Qaraqoyunlu k.-ndә dәfn edilmişdir. Tәrtәr ş.-ndә büstü qoyulmuş vә xatirә muzeyi açılmış, küçәlәrdәn biri onun şәrәfinә adlandırılmışdır.











