HÜSEYNOV Elşәn İbrahim oğlu (30.6.1976, Saatlı r-nunun Qıraqlı k. – 17.3.1995, Bakı) – Azәrb.-ın Milli Qәhrәmanı (ölümündәn sonra, 4.4.1995). Orta mәktәbi bitirdikdәn sonra Milli Orduya çağırılmışdı (1994). Bakıda dövlәt çevrilişinә (1995, 13–17 mart) cәhd edәn silahlı dәstәnin zәrәrsizlәşdirilmәsi zamanı qәhrәmancasına hәlak olmuşdur. Saatlı r-nunun Qıraqlı k.-ndә dәfn edilmişdir.











