HÜSEYNOV Əbdülәhmәd Əhәd oğlu (1923, Neftçala r-nunun Tatarmәhlә k. – ?)– gәmi kapitanı, Sosialist Əmәyi Qәhrәmanı (1963). Əmәk fәaliyyәtinә 1936 ildә Kür çayında balıq ovu ilә başlamış, k-zda işlәmişdir. 1952 ildә Bankә balıq kombinatının balıq ovu gәmisinin kapitanı olmuşdur. 1959 ildә Bakıya gәlmiş vә Xәzәrdә balıq ovu gәmisinin kapitanı, 1966 ildәn Azәrb. SSR Dövlәt Tәbiәti Mühafizә Komitәsi sistemindә gәmi kapitanı işlәmişdir. Lenin ordeni vә medallarla tәltif edilmişdir.











