HÜSEYNOV Əbdülrәhim Nәcәfqulu oğlu (29.2.1900, Bakı – 23.2.1968, Bakı) – Azәrb. mama-ginekoloqu. Tibb e.d. (1957), prof (1960). Azәrb. SSR әmәkdar hәkimi (1942) vә әmәkdar elm xadimi (1966). Azәrb. Dövlәt Un-tinin tibb fakültәsini bitirmişdir (1926). Hәmin un-tin, sonra isә Azәrb. Dövlәt Tibb İn-tunun mama-ginekologiya kafedrasında (1959 ildәn kafedra müdiri) işlәmiş, eyni zamanda M.Əzizbәyov ad. doğum evindә mama-ginekoloq (1932–45), N.Krupskaya ad. Elmi Tәdqiqat Ana vә Uşaqların Mühafizә İn-tunda analıq şöbәsinin rәhbәri (1952–59) olmuşdur. Böyük Vәtәn müharibәsindә iştirak etmişdir. Tәdqiqatları, әsasәn, uşaqlığın sallanmasının cәrrahi üsulla müalicәsinә, miometrektomiyadan sonra aybaşı tsiklinin saxlanılmasına vә s. hәsr edilmişdir. Azәrb. SSR Sәhiyyә Nazirliyinin baş mama-ginekoloqu (1950–52), Resp. Mama-ginekoloqlar Elmi Cәmiyyәtinin sәdri (1957 ildәn) olmuşdur. Kadrların hazırlanmasında xidmәti var.
Ə s ә r l ә r i: Оперативное лечение опущения и выпадения матки. В., 1940; Сохранение менструального цикла после миометрэктомии. В., 1965.










