HÜSEYNOV Əbülfәz İbrahim oğlu (d. 21. 10.1961, Erm. SSR, Mehri r-nunun Nüvәdik.) – Azәrb. hüquqşünası, hüquq üzrә e.d. (2011). Azәrb. Dövlәt Pedaqoji İn-tunu (1984) vә BDU-nu (1997) bitirmişdir. 1995–2000 illәrdә EA-nın Fәlsәfә vә Hüquq İn-tunda laborant, kiçik elmi işçi, elmi işçi vәzifәlәrindә işlәmişdir. Bakı Asiya Un-tindә (1994–97), Bakı Biznes Un-tindә (1997–2010) dәrs demişdir. 2010 ildәn BDU-da çalışır. Tәdqiqatları, әsasәn, hüquq nәzәriyyәsi, әmәk hüququ, ekologiya hüququ vә hüquq fәlsәfәsi sahәsinәdir. 170-dәn çox elmi әsәrin, o cümlәdәn 5 monoqrafiyanın müәllifidir.
Ə s ә r l ә r i: Право как феномен культуры. М., 2006; Hüququn mahiyyәti. B., 2010; Elmi rasionallıq vә hüquqi idrakın formalaşmasının metodoloji prоblemlәri. B., 2017.










