HÜSEYNOV Əfqan Qaraxan oğlu (24.2.1963, Bakı – 1.11.1992, Qubadlı r-nu) – Azәrb.-ın Milli Qәhrәmanı (ölümündәn sonra, 15.1.1995). Bakıda C.Naxçıvanski ad. Hәrbi liseydә (1978–80) vә Bakı Ali Ümumqoşun K o m a n d i r l ә r i M ә k t ә b i n d ә (1980–84) tәhsil almışdır. Əfqanıstanda xidmәt etmiş (1985–87) vә ağır yaralanmışdır. Qayıtdıqdan sonra xidmәtini Zaqafqaziya Hәrbi Dairәsindә davam etdirmişdir. C.Naxçıvanski ad. Hәrbi liseydә bölük komandiri (1988) tәyin olunmuşdur. 1991–92 illәrdә AR Milli Tәhlükәsizlik Nazirliyindә işlәmiş, Milli qvardiyada xidmәt etmişdir. Milli qvardiyanın tәrkibindә ermәni tәcavüzkarlarına qarşı gedәn döyüşlәrdә fәal iştirak etmiş, mayor rütbәsinә layiq görülmüş, alay komandiri tәyin olunmuşdur. Qubadlı–Laçın bölgәsi uğrunda gedәn döyüşlәrdә H. düşmәnin xeyli qüvvәsini mәhv etmiş vә silahsursat әlә keçirmişdir. Sәfiyan vә Quşçular kәndlәri uğrunda gedәn döyüşlәrdәn birindә hәlak olmuşdur. Bakı da Şәhidlәr Xiyabanında dәfn edilmişdir. Qırmızı Ulduz ordeni ilә tәltif olunmuşdur (1987). C.Naxçıvanski ad. Hәrbi Liseydә vә Milli qvardiya qәrargahında büstü qoyulmuşdur.











