HÜSEYNOV Əli Hәsәn oğlu (d. 6.1.1952, Erm. SSR, Krasnoselsk r-nunun Şorcaq k.) – Azәrb. fiziki, fizika-riyaziyyat e.d. (2014). Azәrb. Dövlәt Un-tini (indiki BDU) bitirmişdir (1977). 1975 ildәn BDU-nun yarımkeçiricilәr fizikası kafedrasında baş laborant, laboratoriya müdiri, assistent, baş müәllim vәzifәlәrindә çalışmış, hazırda dosent kimi fәaliyyәtini davam etdirir. Elmi işlәri yarım keçiricilәr vә yarımkeçirici cihazların fizikası sahәsinә aiddir. 80-dәn artıq elmi әsәrin müәllifidir.










