HÜSEYNOV Əli Ömәr oğlu (d.28.1.1966, Balakәn r-nunun Şәrif k.) – Azәrb. iqtisadçısı, iqtisad e.d. (2018). Sankt-Peterburq Dövlәt İqtisadiyyat vә Maliyyә Un-tini bitirmişdir (1993). Azәrb.-da İqtisadi İslahatlar Mәrkәzindә (indiki İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tәdqiqat İn-tu) şöbә müdiri (2000–03), direktor mәslәhәtçisi (2007–08), AMEA İqtisadiyyat İn-tunda direktor kömәkçisi (2008) olmuş, hazırda hәmin in-tda baş elmi işçi vәzifәsindә çalışır. İqtisadi nәzәriyyәyә gәtirdiyi yeniliklәr: “hiper dövr”, “meqa-dalğalar” vә “A-elementi” kimi anlayışların elmi dövriyyәyә daxil edilmәsi; “landşafmen talitet-iqtisadiyyat” triadasında sәbәb-nәticә әlaqәlәrinin dayanıqlığının әsaslan dırılması; bazar iqtisadiyyatı modellәrinin mentalitetә vә sosial-darvinizmin (rәqabәtә meyilliliyin) ontoloji әsaslarına uyğunluğunun dәqiqlәşdirilmәsi; inflyasiyanın, mәcmu tәlәblә (AD) mәcmu tәklif (AS) arasında tarazlığın birincinin xeyrinә pozulması kimi tәyin edilmәsi; inflyasiyanın növlәri (“tәlәb” vә “tәklif”) ilә iqtisadiyyatın növlәri (intensiv vә ekstensiv) arasında qarşılıqlı korrelyasiya әlaqәlәrinin mövcudluğunun müәyyәn edilmәsi vә bu sәbәbdәn dә inflyasiyanın iqtisadiyyata “stimullaşdırıcı”, “staqnasiyalaşdırıcı” vә “staqflya siyalaşdırıcı” tәsirinә görә fәrqlәndirilmәsinin daha sәmәrәli olmasının müәyyәn edilmәsi vә s. 63 elmi әsәrin, o cümlәdәn 2 monoqrafiyanın müәllifidir.
Ə s ә r i: Экзогенные факторы российской инфляции во второй половине ХХ века. Санкт-Петербург, 1998.










