HÜSEYNOV Əşrәf İsgәndәr oğlu (20.9.1907, Cәbrayıl r-nunun Əmirvarlı k. – 26.8.1980 Bakı) – Azәrb. riyaziyyatçısı, Azәrb. SSR EA-nın akad. (1968; m. üzv 1963), әmәkdar elm xadimi (1960). Azәrb. Dövlәt Untini bitirmişdir (1927). Hәmin untdә kafedra müdiri vә dekan (1939–65) işlәmiş, EAnın Kibernetika İn-tunun direktoru (1965–70), EA-nın fizika-riyaziyyat vә texnika elmlәri bölmәsinin akademik-katibi (1971–80) olmuşdur. Azәrb.-da qeyri-xәtti sinqulyar inteqral tәnliklәr sahәsindә mәktәb yaratmışdır. Potensial nә zәriyyәsi, funksional analiz, diferensial tәnliklәr, kompleks dәyişәnli funksiyaların sәrhәd mәsәlәlәri, riyaziyyatın tarixi, tәdris metodikası vә s. sahәlәrә dair bir sıra tәdqiqatların müәllifidir. H. öz adı ilә bağlı olan funksiyalar fәzasını (Hα,β,γ) qurmuş, bu fәzada Koşi nüvәli qeyri-xәtti sinqulyar inteqral tәnliklәr üçün varlıq vә yeganәlik teoremlәrini isbat etmişdir. İlk dәfә analitik funksiyalar üçün qeyri-xәtti Hilbert mәsәlәsini tәdqiq etmişdir. Analitik funksiyalar nәzәriyyәsinin xeyli sayda qeyri-xәtti sәrhәd mәsәlәlәrini qoymuş vә hәll etmiş, müxtәlif nüvәli sinqulyar inteqral tәnliklәrin mәhdud hәllәrinin varlığı nәzәriyyәsi sahәsindә geniş tәtbiq olunan mühüm nәticәlәr almışdır. Qeyri-xәtti tәnliklәrin hәllinin budaqlanması nәzәriyyәsi, onların hәlli üsulları, kvazi-xәtti, parabolik vә hiperbolik tәnliklәr üçün qarışıq mәsәlәlәr, sinqulyar operatorların struktur xassәlәri, qeyri-xәtti sinqulyar inteqral tәnliklәr vә analitik funksiyalar üçün qeyri-xәtti sәrhәd mәsәlәlәri nәzәriyyәsi, sinqulyar-inteqral tәnliklәrin әdәdi hәlli kimi elmi istiqamәtlәri yaratmış vә inkişaf etdirmişdir. 80-dәn çox elmi әsәrin müәllifidir. Yüksәkixtisaslı kadrların hazırlanmasında xidmәti var.











