HÜSEYNOV Fәrhad Vәli oğlu (d.23.3.1948, Göyçay) – Azәrb. riyaziyyatçısı, fizika-riyaziyyat e.d.(1990), prof. (1992). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1970). 1970 ildәn Azәrb. EA-nın Kibernetika İntunda fәaliyyәtә başlamış, 1978 ildә baş elmi işçi olmuşdur. 1987 ildә Azәrb. Dövlәt Un-tinin riyazi fizika tәnliklәr kafedrasının dosenti, 1991 ildәn müdiri vә prof.-u vәzifәsindә çalışmışdır. 1992 ildәn Türkiyәnın Yaxın Şәrq Texniki Un-tinin prof.-u vә 1994 ildәn Bilkәnd Un-tinin dosenti olmuşdur. 2010–11 illәrdә Yaponiyanın Hosey Un-tindә (Tokio) prof. Vәzifәsindә çalışmışdır. Elmi tәdqiqatları riyazi analiz, riyazi fizika tәnliklәri sahәsindәdir. 40-dan artıq elmi әsәrin müәllifidir.










