HÜSEYNOV Firudin Hüseyn oğlu (10.11.1937, Gәdәbәy r-nunun Novosaratovka k. – 28.11.2004, Bakı) – Azәrb. dilçisi, filologiya e.d. (1977), prof. (1983), Azәrb. Resp. әmәkdar elm xadimi (1992). Azәrb. Pedaqoji Rus dili vә Ədәbiyyatı İn-tunu (indiki Bakı Slavyan Un-ti) bitirmişdir (1960). Hәmin in-tda müәllim (1963–65) vә rektor olmuşdur (1990–97). Azәrb. Dövlәt Un-tindә baş müәllim (1965), rus dili kafedrasının müdiri (1967), rus dilçiliyi kafedrasının müdiri (1969–90), prorektor vәzifәlәrindә işlәmişdir. Tәdqiqatları frazeologiya sahәsinә hәsr olunmuşdur. 100-dәn çox elmi әsәrin, o cümlәdәn 1 monoqrafiya, bir neçә dәrslik vә lüğәtin müәllifidir.










