HÜSEYNOV Firidun Rәsul oğlu (16.8.1927, Bakı – ?) –ədliyyə gen.-mayoru (1980). Azәrb. SSR әmәkdar hüquqçusu (1974). 1945 ildәn Sovet ordusu sıralarında xidmәt etmişdir. 1947 ildә Qorki ş.-n dә zenit artilleriya mәktәbini bitirdikdәn sonra Bakı Hava Hücumundan Müdafiә (HHM) dairәsi qoşunlarında müxtәlif vәzifәlәrdә işlәmişdir. 1960 ildә Hәrbi-Siyasi Akademiyanın hüquq fakültәsini bitirmişdir. SSRİ Hәrbi Tribunalı sistemindә çalışmışdır. 1975 ildә Cәnub qrupu qoşunları hәr bi tribunalının sәdri seçilmiş vә Macarıstana göndәrilmişdir. 1979 ildә SSRİ Silahlı Qüvvәlәri Hәrbi İntunun ali zabitlәr kursunu bitirmişdir. 1980–85 illәrdә Qırmızı bayraqlı Orta Asiya hәrbi dairәsi hәrbi tribunalının sәdri, 1985 ildәn isә Qırmızı bayraqlı Zaqafqaziya hәrbi dairәsi hәrbi tribunalının sәdri olmuşdur. Qırmızı Ulduz, Qırmızı Əmәk Bayrağı ordenlәri, hәmçinin Monqolustan vә Macarıstanın yüksәk hәrbi mükafatları ilә tәltif edilmişdir.











