HÜSEYNOV Hacıbaba Hüseynәli oğlu (19.3.1919, Bakı – 24.10.1993, Bakı) – Azәrb. xanәndәsi. Azәrb. Resp. xalq artisti (1990). Xanәndәlik fәaliyyәtinә 1946 ildәn başlamış, Ə.Bakıxanovun ansamblında çıxış etmişdir. Yüksәk ifaçılıq mәdәniyyәti, gur vә mәlahәtli sәsi ilә H. Azәrb. klasik xanәndәlik әnәnәlәrini, o cümlәdәn ustadı Z.Adıgözәlovun sәnәtini layiqincә davam etdirmiş, gözәl qәzәllәr yazmış, nağara vә qavalın virtuoz ifaçısı olmuşdur. Azәrb. muğamlarının zәnginlәşdirilmәsi vә tәbliği sahәsindә mühüm xidmәt göstәrmişdir. H.-un yaratdığı çoxsaylı tәsniflәr musiqi irsinә daxil olmuş vә muğam ifaçılığında geniş yayılmışdır. Novruzi-ravәndә muğamlarının mahir ifaçısı olmuşdur. Repertuarında muğamlarla (Çahargah, Rast, Bayatı-Şiraz) ya naşı, tәsnif vә xalq mahnıları da әsas yer tutmuşdur. A.Zeynallı ad. Bakı Musiqi Mәktәbindә dәrs demişdir (1962–92). 1989 ildәn xarici ölkәlәrә (Belçika, Fransa, Türkiyә, İran, Hollandiya vә s.) qastrol sәfәrlәrinә getmişdir. Haqqında “Ocaq başı” (1990) sәnәdli televiziya filmi çәkilmişdir.











