HÜSEYNOV Heydәr Nәcәf oğlu (3.4. 1908, İrәvan – 15.8.1950, Bakı) – Azәrb. filosofu, ictimai xadim. Fәlsәfә e.d. (1944), prof. (1944). Azәrb. SSR EA akad. (1945). SSRİ Dövlәt mükafatı laureatı (1948). 1931 ildә Azәrb. Dövlәt Un-tini bitirmiş, Azәrb. Dövlәt Elmi Tәdqiqat İn-tunun aspirantı (1931–32) olmuşdur. SSRİ EA Azәrb. filialının Ensiklopediya vә lüğәtlәr in-tunun direktoru (1936–40), SSRİ EA Azәrb. filialının sәdr müavini (1939– 45), Azәrb. SSR EA-nın vitseprezidenti, Azәrb. KP MK yanında partiya tarixi in-tunun direktoru (1945–50), Azәrb. Dövlәt Un-tinin fәlsәfә kafedrasının müdiri vәzifәlәrindә işlәmişdir. Azәrb.-da fәlsәfә elminin tәdqiqi vә tәdrisi işinin tәşkilatçısı vә rәhbәri olmuşdur. Dialektik vә tarixi materializm problemlәri, fәlsәfә tarixi, Azәrb. vә rus ictimai-fәlsәfi fikri vә s. mövzularda әsәrlәr yazmışdır. H.-un 2-ci dünya müharibәsi dövründә “Faşizmin irq nәzәriyyәsi” (1941), “Faşizmin mәhvi labüddür” (1942), «Faşist cәlladlarının “fәlsәfәsi”» (1941), “Faşizm elmin düşmәnidir” (1941), “Ə. Şıxlinski”(1944–45) vә s. elmi-kütlәvi kitabça vә mәqalәlәri çap olunmuşdur. H. 1939 ildәn Bәhmәnyar, N.Gәncәvi, M.Füzuli, A. Bakıxanov, Mirzә Kazım bәy, M.F.Axundov, H.Zәrdabi vә b. haqqında tәdqiqat aparmışdır. “Azәrbaycanda XIX әsr ictimai vә fәlsәfi fikir tarixindәn” (1949) әsәrindә Azәrb. xalqının fәlsәfi vә ictimai-siyasi fikrinin әsas inkişaf mәrhәlәlәri müәyyәnlәşdirilmiş, M.Ş.Vazeh, A.Bakıxanov, M.F.Axundov, Mirzә Kazım bәy vә Zәrdabinin dünyagörüşü sәciyyәlәndirilmişdir. H. bu әsәrindә Azәrb. ictimai-siyasi vә fәlsәfi fikrinin köklәrini ilk növbәdә Azәrb. xalqının keçmiş mәdәni irsindә axtarmış vә müasir elmin inkişafında varislik әlaqәlәrinin әhәmiyyәtini xüsusi vurğulamışdır. Onun әdәbiyyatşünaslığa dair әsәrlәri dә (“Ədәbi qeydlәr”, “Vәtәnpәrvәr şair Sәmәd Vurğun” kitab çaları, C.Cabbarlı, S.Rüstәm vә b. haqqında mәqalәlәri) var. H. “Müxtәsәr Azәrbaycan әdәbiyyatı tarixi” nin (c. I–II; 1943–44) redaktorlarından biri, “Rusca-azәrbaycanca lüğәt”in (c. I–IV; 1940–46), “Azәrbaycancarusca lüğәt”in (1939) redaktoru olmuşdur.
H.-un dialektik vә tarixi materializmә dair әsәrlәri Azәrb. dilindә ali mәktәb üçün ilk dәrsliklәrdәndir. H. Azәrb. Dövlәt Untinin tarix fakültәsi nәzdindә ilk fәlsәfә şöbәsinin tәşkilatçısıdır; Azәrb.-da fәlsәfә kadrlarının yetişmәsindә mühüm xidmәtlәri olmuşdur. Azәrb. SSR Ali Sovetinin (2-ci çağırış) deputatı idi.
Sovet ideologiyasının növbәti qurbanlarından olan H. 1950 il iyunun 14-dә keçirilmiş “Azәrb. ziyalılarının növbәti vәzifәlәri haqqında” müşavirәdә “Azәrbaycanda XIX әsr ictimai vә fәlsәfi fikir tarixindәn” kitabındakı “ideoloji sәhvә” görә ciddi tәnqidә mәruz qalmışdır. Bundan sonra fәxri adları vә mükafatları әlindәn alınmış, bütün vәzifәlәrindәn çıxarılaraq ev dustağı edilmiş, qısa müddәt sonra bağ evindә müәmmalı şәkil dә ölmüşdür.
Ə s ә r l ә r i: M.F.Axundovun fәlsәfi görüşlәri. B., 1938; Dialektik vә tarixi materializm haqqında. B., 1941; О социальных воззрениях Низами. Б., 1946; Из истории общественной и философской мысли в Азербайджане XIX века. 2 изд., Б., 1958; Azәrbaycan da XIX әsr ictimai vә fәlsәfi fikir tarixindәn. B., 2007.
Əd.: M i r z ә y e v a Ş. Heydәr Hüseynov. B., 1957; Heydәr Hüseynov (biblioqrafiya). B., 1965; Ş ü k ü r o v A. Şәrq fәlsәfәsi vә filosofları. B., 2005.











