HÜSEYNOV Hümmәt Paşa oğlu (20.6.1926, Göyçay r-nunun Qarabaqqal k. – 25.7. 1995, Bakı) – hidravlika sahәsindә Azәrb. alimi, texnika e. d. (1963), prof. (1964). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1950). 1954–82 illәrdә Azәrb. Elmi Tәdqiqat Neft çıxarma İntunda böyük elmi işçi vәzifәsindә çalışmış, 1982 ildәn Azәrb. Politexnik İn-tunda pedaqoji fәaliyyәt göstәrmiş, kafedra müdiri olmuşdur. Elmi tәdqiqatları lay mayelәrinin süzülmәsi proseslәrinin yeraltı hidrodinamikası, neft vә qaz yataqlarının layihәlәndirilmәsi vә işlәnilmәsi sahәsindәdir. 280-dәn çox elmi әsәrin, o cümlәdәn 3 monoqrafiyanın müәllifidir. Bir çox beynәlxalq konfrans vә seminarlarda iştirak etmişdir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Ə s ә r i: Некоторые вопросы гидродинамики нефтяного пласта. Б., 1961.










