HÜSEYNOV Hüseyn Şirin oğlu (7.7. 1951, Ağsu r-nunun Qaraqaşlı k. – 20.3. 2015, Ankara) – Azәrb. riyaziyyatçısı, fizika-riyaziyyat e.d. (1990), prof. (1993). Azәrb. Dövlәt Un-tini (ADU) bitirmişdir (1973). 1976–92 illәrdә Azәrb. EA-nın Riyaziyyat vә Mexanika İn-tunda elmi işçi, şöbә rәhbәri vәzifәsindә çalışmışdır. Hәmin illәrdә ADU-da da pedaqoji fәaliyyәt göstәrmiş, 1992 ildә tәtbiqi riyaziyyat kafedrasının müdiri olmuşdur. 1993–2001 illәrdә Türkiyәnin İzmir şәhәrindәki Egey Un-tindә, 2001–2015 illәrdә Ankaranın Atılım Un-tin dә elmi vә pedaqoji fәaliyyәtini davam etdirmişdir. Tәdqiqatları funksional analiz, funksiyalar nәzәriyyәsi sahәsindәdir. 120-dәn çox elmi әsәrin müәllifidir. Kadrları hazırlanmasında xidmәti var.










