HÜSEYNOV Xәzәr Allahverdi oğlu [d.10. 8.1973, Babәk r-nunun (Nax. MR) Yuxarı Uzunoba k.] – Azәrb. tarixçisi, tarix e.d. (2018). Nax. Dövlәt Un-tini bitirmişdir (1995). Hәmin un-tdә Azәrb. tarixi kabinetinin müdiri (1997–2001), müәllim (2001–07), baş müәllim (2007–12), 2012 ildәn dosent olmuşdur. 50-dәn çox elmi әsәrin, o cümlәdәn 1 monoqrafiyanın müәllifidir.
Ə s ә r i: Naxçıvan Respublikasında kәnd tәsәrrüfatının inkişafı (1924–2014-cü illәr). Naxçıvan, 2016.










