HÜSEYNOV İbad Mövsüm oğlu (d.18. 10.1970, indiki Xocavәnd r-nunun Muğanlı k.) – Azәrb.-ın Milli Qәhrәmanı (9.12. 2020), Azәrb. Silahlı Qüvvәlәrinin baş çavuşu. 1988 ildәn RF-nin Xabarovsk diyarındakı hәrbi hissәdә xidmәt etmişdir. 1990 ildә 20 Yanvar faciәsindәn xәbәr tutan H. digәr azәrb.-l hәrbçilәrlә birlikdә müddәtsiz aclıq aksiyası keçirmiş, nәticәdә sovet ordusundan 4 ay әvvәl tәrxis olunmuşdur. Azәrb.-a qayıdan H. doğma rayonunda işğalçı ermәnilәrә qarşı özünümüdafiә dәstәlәri yaratmışdır. Çox sayda düşmәni mәhv edәrәk hәrbi silah vә tәchizatı әlә keçirmişdir. Ağdam–Xocavәnd isti qamәtindә ermәni hәrbi bölmәlәrinin rәhbәri olan “Avo” lәqәbli terrorçu Monte Melkonyanı mәhv etmişdir. 1993 il dekabrın 26-da H. minaya düşәrәk ağır yaralanmışdır. Hospitaldan çıxan kimi cәbhә xәttindәki hәrbi hissәyә qayıtmışdır.
“Azәrbaycan bayrağı” ordeni (1994) ilә tәltif edilmişdir.
Agcabәdi ş.-ndә, hәmçinin Türkiyәdә Ankara ş.-ndә, Qaziantep ş.-ndә, Kırşehirdә adına küçә var. H. haqqında “Xüsusi tәyinatlı”, “O, bir qәhrәman”, “Yaşayan şәhid”, “Qurd balası”, “Qorxunu öldürәn qәhrәman: İbad” adlı kitablar, şeirlәr, poemalar, hekayәlәr yazılmışdır. “Xüsusi Tәyinatlı İbad” vә “Xüsusi Tәyinatlı İbad – 2” bәdii filmlәri (2016; 2017), hәmçinin “Əsgәr” (2010), “Kәşfiyyatçı” (2011), “Qorxulu yuxuların qәhrәmanı” (2013) sәnәdli filmlәri H.-a hәsr edilmişdir.











