HÜSEYNOV İsa Mustafa oğlu (Muğanna) (12.6.1928, Qazax r-nunun Muğanlı k. – 1.4.2014, Bakı) – Azәrb. yazıçısı, ssenarist. Azәrb. SSR xalq yazıçısı (1988), әmәkdar incәsәnәt xadimi (1976). 1946 – 50 illәr dә Azәrb. Dövlәt Un-tindә, 1950–52 illәrdә M.Qorki ad.
Ədәbiyyat İn-tunda (Moskva) tәhsil almışdır. Azәrb. Dövlәt Nәşriyyatında redaktor (1952–54), “Literaturnıy Azerbaydjan” jurnalında şöbә müdiri (1960–64), C.Cabbarlı ad. “Azәrbaycan film” kinostudiyasında baş redaktor (1964–68), redaktor (1968–74), ssenari şurasının üzvü (1974–79), Azәrb. SSR Dövlәt Kinematoqrafiya Komitәsindә baş redaktor (1979) işlәmişdir. “Anadil oxuyan yerdә” adlı ilk hekayәsi 1949 ildә “İnqilab vә mәdәniyyәt” qәzetindә dәrc olunmuşdur. “Bizim qızlar” (1950), “Dan ulduzu” (1954) povestlәri ilә tanınmışdır. “Yanar ürәk” (1957–58), “Doğma vә yad adamlar” (1959–60; yenidәn işlәnmiş variantı “İsahәq, Musahәq”), “Teleqram” (1961), “Kabus” (1963), “Tütәk sәsi” (1965), “Saz” (1966), “Kollu Koxa” (1967), “Quru budaq” (1970), “İdeal” (ilk adı “Eşq dәlisi”, 1984 roman vә povestlәrındә Azәrb. kәndinin sosial, mәnәvi-әxlaqi problemlәri öz bәdii ifadәsini tapmış, xalq hәyatının epik mәnzәrәsi, sadә insanların zәngin daxili alәmi әks olunmuşdur. “Mәhşәr” (ilk adı “Nәsimi”, 1973–75) tarixi romanı İ.Nәsimiyә hәsr olunmuşdur. “Bir hәyәtin sirri” (1980), “Bir kişi var idi” (1981), “Haray” (1982) vә s. pyeslәrin müәllifidir. Yaradıcılığının yeni mәrhәlәsi hesab olunan “Qәbiristan” (2013), “GurÜn” (2013), “Cәhәnnәm” (2013), “İlan dәrәsi vә ya Peyğәmbәrin taleyi” (2013), “Türfә” (2015) kimi roman vә povestlәrindә “İdeal”da tәqdim etdiyi ideyaları yeni rakursda daha da genişlәndirmişdir. “Hәyatımdan sәhifәlәr” adlı avtobioqrafik romanın müәllifidir. “İyirmialtılar”, “Ulduzlar sönmür”, “Nәsimi”, “Tütәk sәsi”, “Nizami” (E.Quliyevlә birgә), “Zәlimxan dastanı”, “Liderlik missiyası” filmlәrinin ssenari müәllifidir. Hәyat vә yaradıcılığından bәhs edәn “Muğanna İsa Hüseynov” adlı sәnәdli televiziya filmi çәkilmişdir (2005). Əsәrlәri bir sıra xarici dilә tәrcümә olunmuşdur. Qırmızı Əmәk Bayrağı vә “Şәrәf nişanı”, Azәrb. Resp.-nın “İstiqlal” (1998) ordenlәri ilә tәltif edilmişdir.

Ə s ә r l ә r i: Mәhşәr. B., 1979; İdeal. B., 1985; Tütәk sәsi. B., 1989; Seçilmiş әsәrlәri. 6 cilddә, c.1–6. B., 2009.
Əd.: H ü s e y n o v A. Yazıçı vә zaman. B., 1980; Şәmil Sadiq. İsa Muğanna yaradıcılığı “İdeal” işığında (monoqrafiya). B., 2017.










