HÜSEYNOV İsmail Qafar oğlu (10.10.1928, Goran boy r-nunun. Bağçakürd k. – 18.11. 1994, Bakı) – Azәrb. kimyaçısı, kimya e.d. (1972), prof. (1983). H. Zәrdabi ad. Gәncә Dövlәt Pedaqoji İn-tunu (indiki Gәncә Dövlәt Un-ti) bitirmişdir (1950). Azәrb. EA Qeyri-Üzvi Kimya vә Fiziki Kimya İn-tun da (indiki Qeyri-Üzvi Kimya vә Kataliz İn-tu) böyük elmi işçi (1961– 75), laboratoriya müdiri (1975–94) işlәmişdir. Tәdqiqatları metal ionlarının üzvi reagentlәrlә fotometrik vә ekstraksiyalı-fotometrik tәyini üsullarının işlәnib hazırlanmasına hәsr olunmuşdur. 150-dәn çox elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.










