HÜSEYNOV İsrafil İsa oğlu (15.5.1934, Gәdәbәy r-nunun Qumlu k. – 2.2019, Türkiyә) – Azәrb. fiziki, fizika-riyaziyyat e.d. (1981), prof. (1982). Azәrb. Dövlәt Un-tini (ADU) bitirmişdir (1955). 1960–93 illәrdә ADU-nun fizika fakültәsindә çalışmış, 1972–93 illәrdә fiziki kimya kafedrasının müdiri vәzifәsindә işlәmişdir. 1969–87 illәrdә Kembric, Oksford, Con Hop kiins un-tlәri dә daxil olmaqla bir çox xarici ölkә un-tlәrindә mühazirәlәr oxumuş, 1993 ildәn ömrünün axırınadәk Türkiyәdә çalışmışdır. Elmi işlәri sönmә nәzәriyyәsinә әsasәn pol yarlaşmış effektlәri nәzәrә almaqla Dirak zәrrәciklәrinin elastiki sәpilmәsinin tәdqiqinә aiddir. 300-dәn çox elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.










