HÜSEYNOV İsrafil Sami oğlu (4.12.1931, indiki Gәncә – 31.1.1986, Bakı) – neftçi, Sosialist Əmәyi Qәhrәmanı (1977). Azәrb. SSR Dövlәt mükafatı laureatı (1972). Əmәk fәaliyyәtinә 1957 ildә “Gürgan neft” Mәdәnlәr İdarәsindә başlamışdır. 1965 ildәn qazıma ustası işlәmişdir. 1980 ildәn Azәrb. Neft vә Qaz Sәnayesi İşçilәri Hәmkarlar İttifaqı Resp. Komitәsinin sәdri, Sovet Sülhü Müdafiә Komitәsi sәdrinin müavini, SSRİ Ali Sovetinin (9–10-cu çağırış) deputatı olmuşdur. “Azәrb. SSR neft ustası”, “SSRİ fәxri neftçisi” fәxri adlarına layiq görülmüşdür. 2 dәfә Lenin ordeni vә medallarla tәltif edilmişdir.











