HÜSEYNOV Kamran Əsәd oğlu (15.12. 1913, Qubadlı r-nunun Çәrәli k. – 20.4. 2006, Bakı) – Azәrb. ictimai vә dövlәt xadimi, tarix e.d. (1967). 1934 ildәn neft sәnayesindә işlәmişdir. Xarkov İnşaat Mühәndislәri İn-tunda (1938–40), Azәrb. Neft Sәnayesi Akademiyasında (1940–41) tәhsil almışdır. Bakı Ali Partiya Mәktәbini (1947–49), hәmçinin Azәrb. Dövlәt Un-tinin tarix fakültәsini bitirmişdir. 1944–45 illәrdә Sumqayıt Rayon Partiya Komitәsinin sәnaye vә kadr işlәri üzrә katibi, 1945–47 illәrdә indiki Binәqәdi Rayon Partiya Komitәsinin birinci katibi idi. Mingәçevirdә aparılan inşaat işlәrinin rәhbәrlәrindәn biri (1949–52), Neftçala Rayon Partiya Komitәsinin birinci katibi (1952–53), Sumqayıt Şәhәr Partiya Komitәsinin birinci katibi (1953–58), Respublika Hәmkarlar İttifaqları Şurasının sәdri (1958–61), Moskvada Ümumittifaq Hәmkarlar İttifaqları Mәrkәzi Şurasının katibi (1961–68), Azәrb. SSR Nazirlәr Soveti sәdrinin müavini (1968– 80), Ticarәt vә Sәnaye Palatasının sәdri (1980–93), palatanın müşaviri (1993 ildәn) vәzifәlәrindә çalışmışdır. Azәrb. SSR Ali Sovetinin (2–6 vә 8–10-cu çağırış) vә RSFSR Ali Sovetinin (7-ci çağırış) deputatı olmuşdur. 4 Qırmızı Əmәk Bayrağı ordeni, “Şәrәf nişanı” ordeni, RF-nin “Dostluq” ordeni, Azәrb. Resp.-nın “Şöhrәt” ordeni ilә tәltif edilmişdir.










