HÜSEYNOV Qardaşxan Mәcid oğlu (1894, Füzuli r-nunun Mollamәhәrrәmli k. – 12. 5. 1963, Füzuli r.-nunun Arayatlı k.) – Sosialist Əmәyi Qәhrәmanı (1948). 1932–63 illәrdә Füzuli r-nundakı V.İ.Lenin ad. vә “1 May” k-zlarında kolxozçu, kolxoz sәdri, su texniki işlәmişdir. 1947 ildә pambıqçılıq sahәsindә yüksәk әmәk göstәricilәri әldә etmişdir. 2 dәfә Qırmızı Əmәk Bayrağı ordeni ilә tәltif edilmişdir.










