HÜSEYNOV Qasım Zülfәli oğlu [25. 5. 1940, Şahbuz r-nunun Remeşin k. (indiki Güney Qışlaq k.)] – Azәrb. kimyaçısı, prof. (1991), kimya e.d. (1992). Azәrb. Resp. әmәkdar müәllimi (2009). Azәrb. Dövlәt Un-tini (indiki BDU) bitirmişdir (1963). 1966-77 illәrdә Azәrb. EA-nın Aşqarlar Kimyası İn-tunda müxtәlif vәzifәlәrdә çalışmış, Naxçıvan Dövlәt Pedaqoji İn-tunda kafedra müdiri (1984-89), un-tetin rektoru olmuşdur (1989-96). 1996 ildәn BDU-nun neft kimyası vә kimya texnologiyası kafedrasının prof.-u, hәmçinin 2007 ildәn BDU-nun nәzdindәki “Gәnc istedadlar” liseyinin direktorudur. Elmi işlәri sürtkü yağlarının, yanacaqların keyfiyyәtini yaxşılaşdıran aşqarların, metalları korroziyadan qoruyan inhibitorların vә analitik reagentlәrin sintezinә vә tәdqiqinә hәsr edilmişdir. 200-dәn çox elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.










