HÜSEYNOV Lәtif Hüseyn oğlu (d.1.2.1964, Ağdam ş.) – Azәrb. hüquq şünası, hüquq e.d. (2000), prof. (2009). Kiyev Dövlәt Un-tini (1986) bitirmişdir. 1990 ildәn BDU-da çalışır. Azәrb. Resp. Milli Mәclisi Aparatının Dövlәt quruculuğu üzrә qanunvericilik şöbәsinin müdiri (2001 ildәn), Avropa Şurasının İşgәncәnin qarşısının alınması üzrә Komitәsinin sәdridir (2008 ildәn). 2008–2014 illәrdә BMT İnsan Hüquqları Şurasının Mәslәhәt Komitәsinin üzvü (2011–12 illәrdә sәdri) olmuşdur. Tәdqiqatları, әsasәn, insan hüquqları vә beynәlxalq mәsuliyyәt mәsәlәlәrinә hәsr olunmuşdur. Elmi kadrların hazırlanmasında xidmәti var.










