HÜSEYNOV Mәhәmmәd Sәmәd oğlu (10.5.1927, Masallı r-nunun Xırmandalı k. – 28.4.2001, Bakı) – әmәkdar inşaatçı, Sosialist Əmәyi Qәhrәmanı (1980). Əmәk fәaliyyәtinә 1941 ildә k-zda başlamışdır. 1949 ildәn Bakı Baş Tikinti İdarәsindә işlәmişdir. Rәhbәrlik etdiyi briqada “Aktyorlar evi”, “Yaşıl teatr”, Azәrb. Kinostudiyası, Milli Mәclisin binası vә s.-in tikintisindә iştirak etmişdir. İki dәfә Lenin ordeni, Oktyabr inqilabı, Qırmızı Əmәk Bayrağı ordenlәri vә medallarla tәltif edilmişdir.











