HÜSEYNOV Mәhәrrәm Mәhәmmәd oğlu (1.2.1901, indiki Gәdәbәy r-nunun Qalakәnd k. – 28.1.1981, Bakı) – Azәrb. dermatoloqu. tibb e.d. (1932), prof. (1935). Azәrb. SSR әmәkdar hәkimi (1960) vә әmәkdar elm xadimi (1966). 1-ci Moskva Dövlәt Un-tinin tibb fakültәsini bitirmişdir (1925). Ə.Əliyev ad. Azәrb. Dövlәt Hәkimlәri Tәkmillәşdirmә İn-tunun dәri-zöhrәvi xәstәliklәr kafedrasının müdiri işlәmişdir (1936 ildәn). Tәdqiqatları, әsasәn, sifilis xәstәliyinә vә malyariyanın hәmin xәstәliyin gedişinә tәsirinә, neft sәnayesi fәhlәlәrindә porfirin xәstәliklәrinә, göbәlәk xәstәliklәrinin müalicәsinә vә s. hәsr edilmişdir. Onun tәşәbbüsü ilә Bakıda, bir çox r-nlarda dәri-zöhrәvi xәstәliklәr dispanseri tәşkil olunmuşdur. Elmi kadrların hazırlanmasında xidmәti var. Azәrb. Dermatoloqlar Cәmiyyәtinin sәdri olmuşdur (1962–80).










