HÜSEYNOV Mәmmәdağa Hüseynağa oğlu (8.2.1929, Bakı – 20.1.2002, Bakı) – Azәrb. boyakarı. Azәrb. Resp. xalq rәssamı (2000). 1949–55 illәrdә Ümumittifaq Dövlәt Kinematoqrafiya İn-tunun kino rәssamlığı fakültәsindә tәhsil almışdır. Yaradıcılığı “Azәrbaycanfilm” kino studiyası ilә bağlı olmuşdur. 20-yә qәdәr filmin (“Bizim Cәbiş müәllim”, 1969; “Böyük dayaq”, 1962; “Sehrli xalat”, 1964; “Dağlarda döyüş”, 1967; “Nәsimi”, 1973; “Ömrün sәhifәlәri”, 1974 vә s.) quruluşçu rәssamı olmuşdur.

M.H.Hüseynov. Natürmort. 1983. Şәxsi kolleksiya.










