Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HÜSEYNOV Mikayıl Əlәsgәr oğlu
    HÜSEYNOV Mikayıl Əlәsgәr oğlu (19.4.1905, Bakı – 2.10.1992, Bakı) – Azәrb. memarı vә memarlıq tarixçisi. SSRİ xalq memarı (1970). Sosialist Əmәyi Qәhrәmanı (1985). Azәrb. SSR әmәkdar incәsәnәt xadimi (1940). SSRİ (1941) vә Azәrb. SSR (1967) Dövlәt mükafatları laureatı. Memarlıq doktoru (1950), prof. (1939). SSRİ Memarlıq Akademiyasının hәqiqi üzvü (1950–56; m. üzv 1941). SSRİ Tikinti vә Memarlıq Akademiyasının hәqiqi üzvü (1957–64). Azәrb. SSR EA akad. (1945 ildәn). Azәrb. Politexnik İntunun inşaat mühәndisi fakültәsini bitirmişdir (1929). 1948–92 illәrdә Azәrb. SSR EA Memarlıq vә İncәsәnәt İn-tunun direktoru olmuşdur. İlk memarlıq vә nәzәri әsәrlәrini (1946 ilәdәk) S.Dadaşovla birgә yaratmışdır. H.-un layihәlәri ilә Bakıda vә resp.-nın digәr şәhәrlәrindә, elәcә dә Moskva, Düşәnbә, indiki Vladiqafqazda yaşayış, ictimai vә mәdәni-mәişәt binaları tikilmişdir. Bakıda “Nizami” kino teatrı, Azәrb. Dövlәt Konservatoriyası (indiki BMA) binaları, Azәrb. SSR Yeyinti Sәnayesi Nazirliyinin binası (hamısı 1937–39), Azәrb. KP MK-nın (indiki Azәrb. Resp. Nazirlәr Kabinetinin) binası (1938–41), Ümumittifaq k.t. sәrgisindә Azәrb. SSR pavilyonu (Moskva, 1939), Nizami Gәncәvi ad. Azәrb. Ədәbiyyatı Muzeyi (1946) vә s. binalar inşa edilmişdir.
    Böyük Vәtәn müharibәsindәn (1941–45) sonrakı ilk illәrdә H.-un layihәlәri ilә tikilmiş binalarda emosional tәsir vasitәlәrinin daha geniş tәtbiq edilmәsi özünü göstәrir. İndiki Azәrb. Milli Kitabxanasının binası (1960), Azәrb. Politexnik İn-tu (1955), Azәrb. EA şәhәrciyi kompleksi (1951–66), Bakı metropoliteninin “Nәrimanov” (1967), “Nizami” (1976) vә “Elmlәr Akademiyası” (1985) st.-ları H.-un әn görkәmli әsәrlәrindәndir. H.-un yaradıcılığında Bakıda, Hökumәt evi әtrafındakı meydanın tikintisi әhәmiyyәtli yer tutmuşdur. Memarın simmetrik kompozisiya şәklindә hәll edilmiş layihәsinә әsasәn Hökumәt evinin әtrafında 10 mәrtәbәli 2 yaşayış binası, 16 mәrtәbәli evlәr (hamısı 1970-cı illәr), meydanın q. tәrәfindә 16 mәrtәbәli “Azәrbaycan” (1969), ş. hissәsindә isә “Abşeron” (1985) mehmanxanaları tikilmiş, Bakı poçtamtının yeni binası (1982) meydanın ümumi ansamblına daxil edilmişdir. H.-un 1978–82 illәrә aid layihәlәri Azәrb. memarlığı әnәnәlәrindәn istifadә edilmәsindә yeni axtarışlar ilә әlamәtdar olmuşdur. Onun elmi-pedaqoji fәaliyyәti dә olduqca mәhsuldar idi. Azәrb. memarlıq elminin yaradıcılarından olan H. “Azәrb. memarlığının tarixi” (1963) әsәrinin hazırlanmasına rәhbәrlik etmiş, Azәrb.-da sәnәtşünaslıq elminin inkişafında mühüm xidmәtlәr göstәrmiş, bu sahәdә yüksәk ixtisaslı elmi kadrlar yetişdirmişdir. 1947 ildәn Azәrb. Memarlar İttifaqı İdarә Heyәtinin sәdri, 1975 ildәn SSRİ Memarlar İttifaqının katibi idi. Azәrb. Sovet Ensiklopediyası Baş redaksiyasının üzvü (1976), SSRİ Ali Sovetinin (4–5-ci çağırış) vә Azәrb. SSR Ali Sovetinin (3, 6–11-ci çağırış) deputatı olmuşdur. 1985 ildә Londondakı Kral Asiya Cәmiyyәtinә üzv seçilmişdir. 2 dәfә Lenin ordeni, 2 Qırmızı Əmәk Bayrağı ordeni vә medallarla tәltif olunmuşdur.
      
    M.Ə.Hüseynov. M.F.Axundov adına Azәrbaycan Milli Kitabxanası. Bakı.
    M.Ə.Hüseynov. Neftçilәr prospektindә yaşayış evi. Bakı.
    Ə s ә r l ә r i: Bakının memarlıq abidәlәri. B., 1955; Памятники азербайджанской архитектуры в Баку. М., 1938; Архитектурные памятники Баку.
    М., 1946; Архитектура Азербайджана III-XVIII вв. М., 1948; Архитектура Советского Азербайджана. Б–М., 1950; Памятники азербайджанского зодчества. М., 1951; Ансамбль Дворца ширваншахов в Баку. М., 1956; История архитектуры Азербайджана (L.Bretanitski vә Ə.Salamzadә ilә birlikdә). М., 1963.
    Əd.: К а с и м з а д е Э.А., Я р а л о в Ю.С. Дадашев, Усейнов. М., 1951; М.А. У с е й н о в. Библиография Б., 1979.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 