HÜSEYNOV Mustafa Mәmmәd oğlu – (23.3.1928, Şәrur – 3.2.1991, Bakı) – Azәrb. kimyaçısı, kimya e.d. (1963), prof. (1966). Azәrb. EA m. üzvü (1980), Azәrb. SSR әmәkdar elm xadimi (1979). Azәrb. Dövlәt Un-tini (indiki BDU) bitirmişdir (1952). Azәrb. EA Y.H. Mәmmәd әliyev ad. Neft-Kimya Proseslәri İn-tunda vә onun Sumqayıt filialında laboratoriya müdiri (1959–73), hәmin filialın (1973–78) vә onun әsasında yaradılmış Xlor-Üzvi Sintez İn-tunun (indiki AMEA-nın Polimer Materialları İn-tu) direktoru (1978–86) olmuşdur. Tәdqiqatları әsasәn, qaynar tәbәqәdә xlor-üzvi birlәşmәlәrin sintezi vә onların әsasında yüksәk istiliyә vә odadavamlı polimerlәrin alınması vә tәtbiqinә hәsr olunmuşdur. 500-dәn çox elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.











